Protoxronizm

Protoxronizm (rum. Protocronismul; q.yun. πρώτος + χρονος sözlərindən; mənası – «tarixdə ilk dəfə») — Rumıniyada, ölkə tarixinin əsasən şübhəli məlumatlara və subyektiv şərhə əsaslanaraq ideallaşdırılması. Xüsusilə Nikolae Çauşesku rejimi dövründə geniş yayılmışdı, lakin Rumıniya elmində onun mənşəyi bir əsrdən çox əvvələ gedib çıxır.

Termin dakiyalıların və rumınların qədim köklərinin ön plana çıxarılmasına adi edilir. Bu fenomen həm də mənfi şəkildə "dakomaniya", daha nadir hallarda "frakomaniya" adlanır, onun tərəfdarları isə "dakologiya" termininə üstünlük verirlər.[1] Protokronizm əvvəlcə Rumıniya mədəniyyətinin üstünlüyü ideyasına istinad edirdi.

  1. Manea, Irina-Maria. "Dacomania sau cum mai falsificãm istoria". historia.ro (rumın). 22 mart 2017. 9 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2022.

Developed by StudentB